Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 16:14
Biz Qarabağ müharibəsində qazandığımız qələbə ilə "qaçqın" və "məcburi köçkün" kimi terminləri lüğətimizdən silməyi bacardıq. Lakin "itkin" sözü hələ də həm dilimizdə, həm də ürəyimizdə sağalmaz yaraya çevirilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, döyüş meydanında zəfər çalsaq da, münaqişə dövründə itkin düşmüş minlərlə soydaşımızın taleyindən hələ də xəbər yoxdur. Varlığı ilə yoxluğu bilinməyən, erməni əsirliyində ömür çürüdən bu insanların ailələri hələ də yol gözləyirlər.
Həsənquliyev Şirindil Cavad oğlu... Ermənistanın Qafan rayonundan məcburi köçkün düşən Həsənquliyevlər ailəsinin üzvü olan Şirindil Birinci Qarabağ müharibəsi başlayanda İnşaat və Memarlıq İnstitutundakı təhsilini yarımçıq qoyub, könüllü cəbhəyə yollanıb.
Bacısı Nazlı onu küçəyə qədər yola salıb. Şirindil müharibəyə yollananda bacısına söz verir ki, bir həftəyə qayıdacaq, amma...
"Anam əhdinə çatmadı, amma mən son nəfəsimə qədər qardaşımın yolunu gözləyəcəyəm",- deyir Nazlı xanım. Bu həsrət Şirindilin qardaşını da məzara aparıb. İndi bu evdə Şirindildən miras qalan saralmış bir məktub var. O məktub ki, Şirindilin anasına hədiyyə etdiyi bayraqla birlikdə 28 il Zinyət ana ürəyinin başında gəzdirib.
Doğmalarının gözlərində bir sətir məktuba, bir parça bayrağa dönən oğulların xatirəsinə ehtiramla...
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: