Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan rəqəmsal rupinin testlərinə başlayacaq

Hindistan rəqəmsal rupinin testlərinə başlayacaq

Tarix: 31 Avqust 2021 22:56

Hindistan Mərkəzi Bankının sədri Shaktikanta Das ilin sonuna qədər ilk rəqəmsal rupinin test proqramına başlayacaqlarını açıqlayıb.

"Rəqəmsal pulların təhlükəsizliyi və Hindistanın maliyyə sektoruna təsiri ilə əlaqədar bütün aspektlər üzərində çalışırıq. Tamamilə yeni bir məhsul olduğu üçün araşdırmaları diqqətlə aparırıq", - deyə S.Das bildirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, kriptovalyuta "Bitcoin"in populyarlığının artması və nağd pul istifadəsini azaltması Çindən Avropa Mərkəzi Bankına qədər bir çox Mərkəzi Bankı ötən ildən başlayaraq rəqəmsal valyuta fəaliyyətlərini artırmağa sövq edib.


Etiketlər:  Hindistan rəqəmsal rupinin testlərinə başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ