Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 07:12
Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, ilk iki turda xal qazana bilməyən Canni de Byazinin yetirmələri üçüncü sınağında Lüksemburq yığması ilə üz-üzə gələcək.
Millimiz bu rəqiblə səfərdə qarşılaşacaq. Qrupda sonuncu olan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq.
Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
1 sentyabr
22:45. Lüksemburq - Azərbaycan
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina).
Lüksemburq. "Stad Lüksemburq".