Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 13:40
Gürcüstanda koronavirusa qarşı tam vaksinasiya olunan vətəndaşlar Ədliyyə Nazirliyinin bir sıra xidmətlərindən pulsuz yararlana biləcəklər.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı ölkənin Ədliyyə Nazirliyi öz rəsmi tvitter hesabında yayıb.
Məlumata əsasən, koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edən vətəndaşlar Ədliyyə Nazirliyinin bir sıra xidmətlərindən pulsuz, bir qismindən isə yarı qiymətə yararlana biləcəklər.