Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 19:14
Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı qalmaqal davam edir.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, məsələyə prezident Kasım-Jomart Tokayev də reaksiya verib.
"Rus dilindən istifadəyə qanunvericiliklə maneçilik törətmək olmaz", - deyə o söyləyib.
Son vaxtlar Qazaxıstanda dövlət və xidmət sektorunda rus dilindən istifadə edən şəxslərlə mübarizə üçün xüsusi reydlər keçirilirdi.
Rəsmi Moskva Qazaxıstanda rus dillilərin hüquqlarının pozulması barədə məsələ qaldırmışdı.