Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb

“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb

Tarix: 1 Sentyabr 2021 21:36

21:32

"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə T.Qulami bildirib.

Sədr müavininin sürücüsü zəng edərək uşaqların tapıldığını deyib və hazırda onları götürməyə gedirlər.

---------

20:58

"Ümid" partiyasının sədri İqbal Ağazadənin müavini Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulami itkin düşüb.

Bu barədə qafqazinfo-ya Tamilla Qulaminin özü məlumat verib.

Onun sözlərinə görə, uşaqlar bu gün günorta saatlarında metronun Elmlər Akademiyası yaxınlığındakı parka gediblər. Daha sonra onların telefonuna zəng çatmayıb. Evdən çıxarkən Aişə qara idman geyimində, Famil isə boz köynək və şalvarda olub.

Onları görənlərdən yaxınlıqdakı polis bölməsinə xəbər vermələri və ya 055 321 02 04 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Milli.Az


Etiketlər:  Ümid partiyasının sədr müavininin itkin düşən qızı qardaşı oğlu tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ