Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yaşayan azərbaycanlı müğənnidən növbəti uğur - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı müğənnidən növbəti uğur - VİDEO

Tarix: 2 Sentyabr 2021 13:55

Türkiyədə yaşayan azərbaycanlı müğənni Səidə Quliyeva yeni klipini təqdim edib.

"Şu karşıki dağda kar var, duman yok" adlı mahnıya çəkilmiş videoçarx həmyerlimizin növbəti uğurlu işidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan öncə, Səidə Sinan Akçillə birlikdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Yaşa Azərbaycan" layihəsini reallaşdırıb.

15 ildir Türkiyədə peşəkar musiqi fəaliyyəti ilə məşğul olan sənətçi, həmçinin "Oradan oraya" sinqlı və "Göz yaşım səndə" kimi mahnıları ilə tanınır.

Qeyd edək ki, Səidə Quliyeva 1983-cü ildə Bakıda anadan olub. Altı yaşında piano ifasıyla musiqi həyatına qədəm qoyan sənətçi tanınmış muğam ustası Arif Babayevin tələbəsi olub.

S.Quliyeva Bakıda aldığı musiqi təhsilini Türkiyənin Haliç Universiteti Konservatoriyasında davam etdirib.

Milli.Az


Etiketlər:  Türkiyədə yaşayan azərbaycanlı müğənnidən növbəti uğur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ