Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2019 05:44
Bakı. Trend:
ABŞ məhkəməsi bir müddət əvvəl Cəbəllütariq rəhbərliyi tərəfindən buraxılmış İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib.
Trend-in məlumatına görə, Kolumbiya dairə məhkəməsi ölkənin “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, bank fırıldaqçılığı və pulların yuyulması, eləcə də terrorçuluqla bağlı olduğu üçün müsadirə haqqında qanunlarının pozulduğunu əsas gətirərək tankerin və göyərtəsində olan bütün neft məhsulun, 995 min dollar vəsaitin müsadirə olunmasına dair qərar verib.
Əminliklə ifadə olunub ki, tanker ABŞ-ın daha əvvəl terror təşkilatı elan etdiyi SEPAH-ın maraqları naminə İrandan Suriyaya neft daşıyırmış.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin