Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Takkeli Dağda 35 qaya məzarı

Takkeli Dağda 35 qaya məzarı

Tarix: 2 Sentyabr 2021 21:10

Türkiyənin Konya şəhərinin Səlcuqlu qəsəbəsindəki Takkeli Dağda 9 ildir aparılan arxeoloji qazıntı işlərində 3-4-cü əsrə aid 35 qaya məzarı tapılıb.

Ellinizm, Roma, Bizans, Səlcuqlu, Karamanoğulları və Osmanlı dövrlərinin izlərini daşıyan Takkeli Dağda elmi araşdırmalar davam edir. Zirvəsində tarixi sütunlar, çox sayda su sarnıcı, məbədi, tarixi qaynaqlarda Gevele dağı adlanan yerdə isə Fateh Sultan Mehmet dövrünə aid güllələr, saray, hamam, gizli keçidlər, çox sayda dulusçuluq parçaları və döyüş materialları ortaya çıxıb.

Arxeoloji qazıntı işlərinin elmi məsləhətçisi, Nəcməddin Ərbakan (Necmettin Erbakan) Universiteti (NEÜ) İctimai və Bəşəri Elmlər Fakültəsi Sənət Tarixi kafedrasının professor Əhməd Çayçı sözügedən mövzu ilə bağlı deyib: "Əvvəlki qazıntılarda da Roma dövrünə aid qaya məzarları və dövrün əsərləri tapılmışdı. Onlarla birlikdə hal-hazırda qaya məzarı sayı 35-ə çıxıb. Bu da onu göstərir ki, qayanın ətəkləri nekropol sahəsidir, yəni qaya məzarları olan bir yerdir. Onlar 3-4-cü əsrlərə aiddir.

Arxeoloji qazıntılar dayanmadan davam edir.

Anadolunun müxtəlif yerlərində təbii qayalarda oyulmuş bir və iki otaqlı yerlərlə qarşılaşmışıq. Bu baxımdan Kilistra və ətrafını çıxsaq, Konyada bu tərz çox rast gəlinən bir vəziyyət deyil."


Etiketlər:  Takkeli Dağda qaya məzarı


RƏYLƏR