Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinarə şairin şeirini ''oğurladı'' - Qalmaqal - VİDEO

Çinarə şairin şeirini ''oğurladı'' - Qalmaqal - VİDEO

Tarix: 3 Sentyabr 2021 14:25

Müğənni Çinarə Məlikzadə "Dünya" adlı yeni mahnısını dinləyicilərinə təqdim edib. Qeyd edək ki, bu ifa bizə çox da yad deyil. Mahnının  sözləri görkəmli şair Akif Səmədin "Dünya sənin nəyindir ki?" şeiri əsasında yazılıb. Mahnının sözlərində "Atan deyil, anan deyil" və "Dünya sənin nəyindir ki?" misralarından istifadə olunub, amma müəllif kimi A.Səmədin adı çəkilməyib. Halbuki həmin cümlə  səslənəndə hamımızın ağlına ilk olaraq A.Səməd gəlir. Bir sözlə  misranın ağırlığı, düşüncənin dərinliyi "oğurlanıb" və müəllif hüquqları pozulub. 

Sonxeber.net xəbər verir ki, mövzu haqda "sherg.az"a danışan A.Səmədin oğlu, şair-jurnalist Ulucay Akif məsələdən xəbərdar olduğunu deyib:

"Mahnı kimi dinləməmişəm, lakin şeiri oxumuşdum. O zaman da etirazımı bildirdim. Yenə etiraz edəcəm".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

A.Səmədin "Dünya sənin nəyindi ki?!" şeirini təqdim edirik:

Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?
Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?
Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?
Akif Səməd
Ç.Məlikzadənin ifası:


Etiketlər:  Çinarə şairin şeirini oğurladı Qalmaqal VİDEO


RƏYLƏR