Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 17:35
Yaponiya imperatoru Akixitonun nəvəsi, şahzadə Mako adi vətəndaş olan nişanlısı Key Komuro ilə evlənir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, adi vətəndaşla ailə qurmağa hazırlaşdığı üçün titulunu itirən şahzadə ona verilən 1.3 milyon dollarlıq müavinətdən imtina edib.
Təhsil aldıqları universitetdə tanış olan cütlük evləndikdən sonra ABŞ-a köçəcək.
Makonun ənənəvi rəsmi Şinto toy mərasimi keçirmək istəmədiyi bildirilib. Atası vəliəhd şahzadə Akişino qızının qərarını dəstəklədiyini, ancaq bu mövzuda ictimaiyyətin razılığını almalı olduğunu söyləyib.
Qeyd edək ki, Yapon mətbuatı daha əvvəl evli və aliment ödəyən Komuronun Mako ilə pul qarşılığında evlənmək istədiyini iddia edirdi.