Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni Zelandiyada İŞİD tərəfdarı marketdə 6 nəfəri bıçaqladı

Yeni Zelandiyada İŞİD tərəfdarı marketdə 6 nəfəri bıçaqladı

Tarix: 3 Sentyabr 2021 18:38

Bu gün səhər Yeni Zelandiyanın Oklend şəhərində bıçaqla silahlanmış kişi marketdəki insanlara hücum edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hücum nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs polis tərəfindən vurularaq öldürülüb.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib. Baş nazirin sözlərinə görə, marketdə insanlara bıçaqla hücum edən şəxs tək olub və o, İŞİD terror təşkilatının ideologiyasına tərəfdar olub.

Cinayətkarın əslən Şri-Lankadan olduğu, 2011-ci ildə Yeni Zelandiyaya gəldiyi bildirilib.


Etiketlər:  Yeni Zelandiyada İŞİD tərəfdarı marketdə nəfəri bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ