Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2021 07:42
1. Yatmazdan əvvəl dabanlarınızı soyuq su ilə yuyun və təbii sakitləşdirici yağla silin. Əgər insan hər gün dabanlarını küngüt yağı ilə massaj edərsə, onun immun sistemi artar və dabanları heç zaman ağramaz.
2. Yatmazdan əvvəl bir neçə dəqiqə nəfəsalma hərəkətləri etmək və ya meditasiya ilə məşğul olmaq lazımdır.
3. Yatan zaman nə qədər az paltar geyinilərsə, bir o qədər yaxşı olar. Əsasən də yatanda corab geyinmək məsləhət görülmür.
4. Yatan zaman başı şərq istiqamətində qoymaq məsləhət görülür.
5. Heç vaxt yataq otağında yemək yeməyin və mətbəxtdə yatmayın.
6. Yatan zaman üzünüzü tamamilə ötrməyin. Bu adət nəfəsalmanı çətinləşdirir.
7. Yay aylarında açıq havada yatmaq çox faydalıdır. Yox əgər küçə tozludursa, yağış yağırsa və ya havada nəmlik çoxdursa o zaman qapalı məkanda yatmaq lazımdır.
8. Nəm olan yerdə yatmaq çox zərərlidir. Yataq otağı nəmli olmamalı və yataq rahat olmalıdır.
9. Ayurved yan üstə yatmağı məsləhət görür. Sol tərəfi üstündə yatmaq həzmi rahatlaşdırır və insana enerji verir, sağ tərəfi üstündə yatmaq isə orqanizmin istirahətini təmin edir. İnsan sol tərəfi üstündə yatanda onun sağ burun dəliyi nəfəsalmada daha yaxşı iştirak edir, bu da orqanizmə pozitiv enerji verir. Sol tərəfi üstündə yatmaq isə orqanizmin təbii yolla isinməsinə səbəb olur.
10. Ayurved kürəyi üstündə yatmağı məsləhət bilmir. Onun sözlərinə görə bu beyin və ürək üçün çox zərərlidir. Bunun səbəbi isə arxası üstə yatarkən hər iki burun dəliyinin yaxşı işləyərək orqanizmin temperatur balansını pozmasıdır.
11. Ən pis yatış forması qarnı üstə yatmaqdır. Bu cür yatış tərzi nəfəsalmanı tamamilə korlayır. Günəş şüaları altında yatmaq zərərli, ay işığı altında yatmaq isə faydalı hesab edilir.
12. Yatağa uzanmayaraq yuxlamaq orqanizm üçün çox zərərli hesab olunur. Bu zaman insan öz orqanizminə zərər vurmuş olur. Bu zaman orqanizmin həzm prosesi ləngiyir və orqanizm halsızlaşır.
13. Erkən yuxudan oyanmaq və tez yatmaq lazımdır. Düzgün rejimlə yatmaq yuxunun dərinləşməsinə və orqanizmin sağlamlaşmasına səbəb olur. Rejimlə yatıb qalxmaq orqanizmin həyat gücünü artırır.
14. Günbatan vaxtı yatmaq orqanizm üçün çox zərərlidir. Bu həzm prosesini çətinləşdirərək xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Günəşin ilk şüaları çıxan zaman yuxudan oyanmaq orqanizmin gücünü artırır, uzun müddət yatmaq isə insana mənfi enerji vürir. Ayurvedə görə gün batan zaman yuxlamaq insana bədbəxtlik gətirir.
15. Gündüz yuxusu tənəffüs orqanları üçün çox zərərlidir, bu yuxu başda ağırlıq hissinin əmələ gəlməsinə və digər narahatçılıqlara səbəb olur. Fiziki işlə məşğul olanlara və xəstələrə gündüz yatmaq məsləhətdir. Mədə və bağlırsaq xəstəliklərindən əziyyət çəkənlərə də qısamüddətli gündüz yuxusu faydalı hesab olunur. İsti klimat bölgələrdə yaşayanların da günorta vaxtı istirahət etmələrinə də icazə verilir. Bu zaman insanlar sərin yerdə yatmalıdırlar. Qədim zamanlarda yoqa ilə məşğul olanlara gündüz yatmağa qadağa qoyulub və yalnız xəstələrə günorta yatmağa icazə verilib.
16. Mədə dolu olduğu halda yatmaq rahat yuxunun qarşısını alır. Bunun səbəbi isə qidanın həzm oluna bilməməsidir. Həzm getmədikdə isə orqanizmdə çoxlu toksinlər meydana gəlir.
17. Havası təmiz olan otaqda yatmaq məsləhət görülür. Havasız və ya pis havası olan otaqda yatmaq orqanizm üçün çox zərərlidir.
18. Ayurvedə görə gecə yatmayan insan həmin yuxunun yarısını səhər qidası almadan bərpa etməlidir.
19. Yuxusuzluqdan əziyyət çəkənlərə yatmazdan əvvəl zəfəran və hind qozu əlavə edilmiş isti süd içmək, bədəni yağla massaj etmək, isti vanna qəbul etmək məsləhət görülür. Sakitlikdə oturub keçmiş xoş xatirələri yada salmaq da orqanizmə yuxugətirici təsir bağışlayır.
20. Hamilə qadınlara mürgüləmək məsləhət görülmür. Bu doğulacaq uşağın tənbəl olmasına səbəb olur.