Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hər əfqana 2275 dollar ödənəcək

Hər əfqana 2275 dollar ödənəcək

Tarix: 4 Sentyabr 2021 09:30

ABŞ hökuməti və özəl təşkilatları təxliyə olunmuş hər əfqana 2275 dollar verəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, vəsait köç prosesinə maddi dəstək məqsədilə ödəniləcək.

Yaxın zamanlarda fəaliyyətə başlayacaq xüsusi proqram çərçivəsində əfqan miqrantlara yaşayış yeri ilə təminat, uşaqların təhsilə cəlb edilməsi, həmçinin məşğulluq məsələlərində yardım göstəriləcək. 

Bununla yanaşı, qaçqınlara tibbi sığorta sahəsində də güzəştlər olunacaq.

Qeyd edək ki, ABŞ tərəfindən Əfqanıstandan 123 min şəxsin təxliyyə olunduğu bildirilib.

Onlardan 6 mininin ABŞ vətəndaşı olduğu qeyd edilib. Təxliyə edilən əfqanlardan ən az 50 min nəfərinin ABŞ-da məskunlaşdırılacağı vurğulanıb.

Milli.Az


Etiketlər:  Hər əfqana 2275 dollar ödənəcək


RƏYLƏR