Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 10:16
İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb.
Sonxeber.net Sonxeber.net "Report"a istinadən xəbər verir.
Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb.
"Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətinin xəbərində deyilir.
Məlumata görə, ona hələ 12 yaşında xərçəng diaqnozu qoyulub, amma Dodyen 2019-cu ildə meydançaya qayıda bilib və "Yuventus"un U15 komandasının heyətində çıxış edib.
Ona xərçəng diaqnozu qoyulduqda keçmiş yarımmüdafiəçi Pol Poqba futbolkasındakı "Brayan, mən səninləyəm" yazısı ilə qolunu ona həsr edib.