Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan elminə ağır itki üz verdi - FOTO

Azərbaycan elminə ağır itki üz verdi - FOTO

Tarix: 5 Sentyabr 2021 12:44

AMEA Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanverdi Turaboğlu vəfat edib.

Bu barədə Milli.Az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Bildirilib ki, mərhum dünən Cəlilabad rayonunun Maşlıq kəndində dəfn olunub.

Xanverdi Turaboğlu müasir ədəbi proseslə o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir.

Allah rəhmət eləsin.

Milli.Az


Etiketlər:  Azərbaycan elminə ağır itki üz verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ