Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovdan alqışlanacaq addım

Qurban Qurbanovdan alqışlanacaq addım

Tarix: 17 Avqust 2019 15:08

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu mövsümdən başlayaraq ilk dəfə olaraq əlavə 5 gənc futbolçunu əsas komandada oynatmaq qərarı verib.

Qol.az saytı xəbər verir ki, onların hamısı dünən “Keşlə”yə qarşı keçirilən 2019/20 Azərbaycan Premer Liqasının ilk turunda (1:0) iştirak ərizəsində yer alıblar. Söhbət aşağı yaş qrupları üzrə milli komandaların da üzvü olan 21 yaşlı İsmayıl İbrahimli (yarımmüdafiəçi), 20 yaşlı Hacıağa Hacılı (yarimmüdafiəçi), 19 yaşlı Nicat Mehbalıyev (qapıçı), 18 yaşlı Toral Bayramov (hücumçu) və 17 yaşlı Musa Qurbanlıdan (hücumçu) gedir. Adları çəkilənlərdən İsmayıl İbrahimli dünən gənc futbolçu limitinə görə əsas heyətdə də oynayıb. 90 dəqiqə meydanda olan İsmayıl yaxşı oyunu ilə diqqət çəkib və həm də komandasının qələbə qolunun müəllifi olub.

İsmayıl və “Qəbələ”dən transfer olunan Hacıağa Hacılı ötən mövsümdə də “Qarabağ”ın əsas komandasının oyunçuları kimi Premyer Liqa matçlarına sifariş olunub. Nicat, Toral və Musa isə bu mövsümdən rəsmi olaraq əsas komandaya düşübbər və ilk dəfə Premyer Liqada debüt etmək imkanı qazanıblar.

Qeyd edək ki, bu üç futbolçu, həmçinin İsmayıl son 3 ili “Qarabağ”ın aşağı yaş qruplarında keçiriblər. Bundan başqa, “Qarabağ”da 22 yaşlı Mahir Emrelinin də yer aldığını nəzərə alsaq, əsas komandada yaşı 17-22 arası olan futbolçuların sayı 6-ya çatır.

Əlbəttə, “Qarabağ”dakı güclü rəqabət, həmçinin yüksək nəticə tələbi səbəbindən hələlik lazımi təcrübəsi olmayan bu futbolçuların hər birinin bu mövsüm daim oynayacağını düşünmək doğru olmaz. Güman ki, Q.Qurbanov mövsümün gedişatında onlara rərqli matçlarda sonradan meydana buraxmaqla şans verəcək. Bununla belə, istənilən halda Q.Qurbanovun ilk dəfə olaraq bu qədər gənci əsas komandaya cəlb etməsini müsbət fakt, alqışlanacaq addım kimi qiymətləndirmək olar. İnanmaq istərdik ki, onlar “Qarabağ”dakı təcrübəli yerli və legionerlərin yanında oynayıb təcrübə qazanacaqlar və yaxın gələcəkdə futbolumuzda yaxşı oyunları ilə fərqlənən yeni gənc simalar olacaqlar.

 


Etiketlər:  Qurban Qurbanovdan alqışlanacaq addım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ