Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 18:50
Çində yayım şirkətləri məşhurların övladlarının yer aldığı kumir şou və proqramların yayımına qadağa qoyub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu cür qərarın verilməsinə səbəb son günlər yaşanan etirazlar olub. Belə ki, yayım şurası bu yolla vulqarlığın, əxlaqsızlığın, sərvət nümayiş etdirməyin və "anormal estetikanın" qarşısını almağı düşünür.
Milli Radio və Televiziya İdarəsi eyni zamanda özünü qadın kimi aparan kişiləri də efirə buraxmayacaqlarını bildirib. Hakimiyyət bu yolla "fan mədəniyyəti" problemlərini düzəltməyi və vətəndaşların partiyaya olan sevgisini gücləndirməyi ümid edir.