Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakəndə qəzada bir ailənin üç üzvü yaralandı

Balakəndə qəzada bir ailənin üç üzvü yaralandı

Tarix: 5 Sentyabr 2021 22:24

Balakəndə baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Talalar kəndi ərazisində baş verib.

Belə ki, Yevlax rayon sakini Nazim Hüseynovun idarəetdiyi yük avtomobili ilə Balakən rayon Talalar kənd sakini Ceyhun Orucovun idarəetdiyi "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan "VAZ 2107" markalı avtomobilin sürücüsü Ceyhun  Orucov və onun  avtomobilində olan sərnişinlər - sürücünün həyat yoldaşı, 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.


Etiketlər:  Balakəndə qəzada ailənin üç üzvü yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ