Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 22:38
Pakistan İdarələrarası kəşfiyyatının (ISI) rəisi general Fayez Həmid sentyabrın 4-ü səhər tezdən "Taliban" rəhbərliyi ilə danışıqlar aparmaq üçün gözlənilmədən Kabilə gəlib. Səfərin təfərrüatları açıqlanmır, ancaq Pakistanın ən nüfuzlu şəxslərindən birinin taliblərlə dialoqunun heç də asan olmayacağı bəllidir.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, hamı taliblərin "Pakistanın layihəsi" olduqlarına dair formalaşmış rəyə o qədər öyrəşib ki, özlərinə bu sadə sualı da vermirlər: əgər elədirsə, bəs niyə İslamabad hələ də "Taliban"ı Əfqanıstanda yeganə qanuni hakimiyyət olaraq tanımayıb? Niyə ortada səfirlərlə mübadilə, taliblərin qələbəsi ilə bağlı hər iki tərəfin bəyanatları yoxdur?
Fayez Həmid Kabildə
Üstəlik heç gözlənilmir də, çünki "Taliban"la İslamabadın münasibətləri heç də sadə deyil. Və hazırda Fayez Həmid müəyyənləşdirməyə çalışır - tərəflər arasındakı ziddiyyətlər nə dərəcədə dərindir və bu, həm Pakistan, həm Əfqanistan, həm də bütün bölgə üçün nə ilə nəticələnə bilər.
Pakistanlıların əfqan ərazisində "terrorla qlobal müharibə"də verdiyi itkilərdən az adam xəbərdardır. Rəqəmlər isə heyrətləndirir: 80 min nəfər həlak olub və 150 milyard dollarlıq ziyan dəyib - İslamabadın taliblərlə beynəlxalq koalisiyanın qarşıdurmasına görə ödədiyi qiymət bu cürdür. Əfqanıstanda hadisələrin istənilən arzuolunmaz inkişafının Pakistana birbaşa təsir edəcəyinə dair aksioma növbəti dəfə təsdiqini tapır.
Odur ki, İslamabad üçün Kabildə həm taliblərin daxilindəki ayrı-ayrı qruplaşmalar, həm də ölkədəki müxtəlif xalqlar arasında hakimiyyət uğrunda mübarizə olmadan siyasi nizamlamanı əldə etmək özünün təhlükəsizliyinin əsas məsələsidir. Problem isə "Taliban"ın qələbədən sonra İslamabada münasibətinin dəyişməsi ilə dərinləşib.
"Artıq göstərilmiş xidmət ən ucuz dəyərləndirilən xidmətdir" - bu, xüsusilə Şərqdə sarsılmaz qaydadır. Taliblərin ABŞ-la birbaşa danışıqları və nəticədə amerikan qoşunlarının ölkəni tərk etməsi, Kabilin gözlənilməz və sürətli çöküşü taliblərin ən möhtəşəm fövqəldövlətə qarşı müharibədə qalib imicini möhkəmləndirib. Üstəlik onların özündənrazılığını yüksəldib.
"Artıq göstərilmiş xidmət ən ucuz dəyərləndirilən xidmətdir" - Şərqdə sarsılmaz qaydadır
Beynəlxalq birliyin "Taliban"ı Əfqanıstanın siyasi reallığı kimi tanımağa meyl etməsi də bu özünəinamı möhkəmləndirib - yəni, yaxın perspektivdə Əfqanıstanda başqa reallıq olmayacaq, odur ki, onlarla razılaşmaq və münasibətlər qurmaq lazımdır. Yəni, Pakistan eksklüziv əməkdaşdan sadəcə "əməkdaşlardan biri" statusuna keçir ki, bu da taliblərin nəzərində onların dəyərini azaldır.
Taliblər bunu təsdiqləməyə gecikmədi. Əvvəla, "kədər iqamətgahı" kimi tanınan məşhur Puli-Çərxi həbsxanasından aralarında "Təhrik-i-Taliban Pakistan" terror qruplaşmasının baş komandiri Maulvi Fəkir Məhəmməd də olmaqla məhbusları azad etdilər.
İkincisi, Əfqanıstan-Pakistan sərhədinin hasarlanması ilə bağlı narazılıqlarını bildirdilər.
"Taliban" bütün terrorçuları azad edib
Üçüncüsü, bəyan etdilər ki, "Təhrik-i-Taliban Pakistan"ın terrorçuluğu problemi Əfqanıstan yox, Pakistan tərəfindən həll olunmalıdır, baxmayaraq ki, bu təşkilatın döyüş qruplarının əksəriyyəti məhz Əfqanıstan ərazisində yerləşir.
Daha vacib problem də var - taliblər Pakistanla Əfqanıstan arasında beynəlxalq sərhəd kimi Dürand xəttinin qanuniliyini tanımağa hazır deyillər. Yəni, hazırda Pakistanın "Tayfaların federal idarəolunması ərazisi"inə aid olan, 6 milyon adamın yaşadığı 150 min kvadrat kilometrlik nəhəng torpaq sahəsini taliblər özlərinki saymağa məcburdurlar.
Nə qədər ki onlar amerikanlarla savaşırdılar - bu məsələ gündəmdə dayanmırdı. İndi isə taliblər hakimiyyətə gəlməklə ilk olaraq onun qanuniliyini tanımırlar. Sonralar isə tamamilə "Böyük Paştunistan" məsələsini də qaldıra bilərlər ki, bu da ərazi mübahisələrinə səbəb olar. Üstəlik, Dürand xəttini tanımamaq - etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün əfqanları birləşdirən məsələdir. Bu səbəbdən ə taliblər bu məsələdə Pakistanın qətiyyən xoşuna gəlməyən mövqeni tutmağa sadəcə borcludurlar.
Bütün bu çətin sualları tənzim etmək indiyədək taliblərə yardım edənlərin - Pakistan kəşfiyyatının (ISI) və ordusunun çiyinlərinə düşür. İslamabadda "Taliban"a münasibətdə mövqelərinin zəiflədiyini anlayırlar, ancaq danışıqlara və ən əsası - Pakistanın hazırda taliblərin qeyd-şərtsiz tərəfdarı olmadığını nümayiş etdirməyə hazırdırlar. "Bizimlə münasibətləri qoruyub saxlamaq istəyirsinizsə - güzəştlərə hazır olun", - yəqin ki, Fayez Həmid Kabilə ilk növbədə bu təkliflə gəlib.