Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qalatasaray”ın qadın futbolu komandası yaradıldı

“Qalatasaray”ın qadın futbolu komandası yaradıldı

Tarix: 6 Sentyabr 2021 09:34

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib.

O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idman növünə çevirəcək.

Artıq komandaya baş məşqçi də təyin olunub. Bu, vaxtilə milli komandada çalışmış Nurcan Çəlikdir.

Qeyd edək ki, iki dəfə xərçəngə qalib gəlmiş futbol mütəxəssisi Türkiyə futbolunda güclü qadın rəmzinə çevrilib.

Milli.Az


Etiketlər:  Qalatasarayın qadın futbolu komandası yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ