Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində maşın yarğandan aşıb, 12 nəfər ölüb

Çində maşın yarğandan aşıb, 12 nəfər ölüb

Tarix: 6 Sentyabr 2021 15:04

Çinin şərqindəki Anhoy əyalətində yük maşınının yarğandan aşması nəticəsində 12 nəfər ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bazar günü baş vermiş qəza zamanı maşında sürücüdən başqa 13 nəfər olub.

Polisin dəqiqləşdirməsinə görə, 11 nəfər yerində ölüb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Həkim nəzarətində olan iki nəfərin vəziyyətinin stabil olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.


Etiketlər:  Çində maşın yarğandan aşıb nəfər ölüb


RƏYLƏR