Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müşviqlə barışdıqdan sonra qayıtdı

Müşviqlə barışdıqdan sonra qayıtdı

Tarix: 6 Sentyabr 2021 15:30

Aktyor Fərda Xudaverdiyev bir müddət əvəl uzaqlaşdığı "Komedixana"ya qayıdıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  "Xəzər TV"də yayımlanan şounun yeni buraxılışında o da yer alacaq.

Bir müddət əvvəl layihədə yer alan həmkarı Müşviq Şahverdiyevlə aralarında problem yaşanan Fərda şoudan uzaqlaşmışdı. Onlar yenidən bir araya gələrək barışdıqlarını bildiriblər. Ötən gün isə Fərda "Komedixana"ya da qayıtdığını açıqlayıb.

Qeyd edək ki, şouda aktrisa Zarina Qurbanova, Xəyalə Quliyeva, aktyorlar Ənvər Abbasov, Mənsur Şərif, Həsrət Həsərtov və başqaları yer alıblar.

Milli.Az


Etiketlər:  Müşviqlə barışdıqdan sonra qayıtdı


RƏYLƏR