Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bülent Korkmaz bu kluba baş məşqçi təyin olundu

Bülent Korkmaz bu kluba baş məşqçi təyin olundu

Tarix: 6 Sentyabr 2021 18:14

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Bülent Korkmazla anlaşıb.

Bir neçə gün əvvəl Çağdaş Atanla yollarını ayıran rəhbərlik Korkmazla ilkin razılıq əldə edib. Həmçinin "Qalatasaray"ın futbolçusu Emre Akbaba da karyerasını Alanya klubunda davam etdirəcək. Həm Korkmaz, həm də Akbabanın təqdimat mərasiminin bu gün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Bülent Korkmaz 2009/10 mövsümündə Azərbaycanda "Bakı"nı çalışdırıb.

Milli.Az


Etiketlər:  Bülent Korkmaz bu kluba baş məşqçi təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ