Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Füzulidə döyüş epizodu: 14 düşmən əsgəri “itib”, 7-nin meyiti qalıb...

Füzulidə döyüş epizodu: 14 düşmən əsgəri “itib”, 7-nin meyiti qalıb...

Tarix: 6 Sentyabr 2021 18:42

Ermənistanda 44 günlük müharibə zamanı döyüş meydanından qaçan, yaxud öz vəzifələrini yerinə yetirməyən və ya düzgün yerinə yetirməyən zabitlər üzərində məhkəmə prosesləri keçirilir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftə Ermənistan ordusunun podpolkovniki Andranik Veranyanın işi üzrə məhkəmə prosesi keçirilmişdi. Veranyan bunda ittiham olunur ki, ötən il oktyabrın ortalarında Zəngilan istiqamətində "Harop" kamikadze-dronunun səsini eşidərək hərəkətdə olan hərbi yük avtomobilindən düşüb qaçan əsgərlərə maşına geri qayıtmağı əmr edib. Bir dəqiqə sonra dron həmin yük maşınını vurub və 18 əsgər ölüb.

İndi isə Ermənistan ordusunun hərbi hissələrindən birinin artilleriya diviziyonunun qərargah rəisi olmuş Gevork Gevorkyan məhkəmə önündədir. Ona qarşı irəli sürülən ittihama əsasən oktyabrın ortalarında Füzuli ərazisində gedən döyüşlər zamanı Gevorkyan öz xidməti vəzifələrini yerinə yetirməyib və ya daha dəqiq desək, qaçıb. Nəticədə 14 əsgər xəbərsiz "itib", 7 əsgərin meyiti döyüş meydanında qalıb.

Gevorkyanın vəkili Qor Gevorkyan bildirir ki, onun müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittiham əsassızdır. "Birmənalı şəkildə bu epizodda günahkar olan şəxs Calal Arutyunyandır (qondarma "dqr müdafiə naziri" idi, amma oktyabrın sonlarına doğru Azərbaycan ordusunun "Bayraktar"ı onun avtomobilinə dəqiq raket zərbəsi endirdi, Arutyunyan ağır yaralansa da sağ qala bildi), həmin hərbi hissənin (korpusun) hazırda Ermənistan Müdafiə Nazirliyinin artilleriya Baş idarəsinin rəisi olan artilleriya rəisidir",-vəkil deyir. Və bildirir ki, Gevork Gevorkyanı uşaqları döyüşdə ölən valideynlərin qəzəbini soyutmaq üçün "günah keçisi" kimi mühakimə edirlər.

"Deyirlər ki, əgər sən qalıb öz vəzifələrini yerinə yetirsəydin onlar həlak olmazdı. Mən deyirəm: forsmajor situasiyada o hansı öhdəlikləri yerinə yetirməliydi ki, konkret əmr almamışdı və nə etmək lazım olduğunu bilmirdi? Hətta geri çəkilmək barədə əmr vardısa belə Gevorkyan şəxsən gedib hər əsgərin əlindən tutub aparmalı deyildi. Əmr varsa hamı bu əmrə uyğun nə etmək lazım olduğunu bilir",-vəkil deyir.

Ermənistan Baş prokurorluğunun açıqladığı son məlumata görə hazırda buna oxşar 1600 cinayət işinin istintaqı aparılır. Ermənistan ordusunun  müharibə zamanı döyüşdən qaçan hərbçilərinin sayının 10 mindən yuxarı olduğu da məlumdur.

Milli.Az


Etiketlər:  Füzulidə döyüş epizodu 14 düşmən əsgəri itib 7 nin meyiti qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ