Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 19:06
Əfqanıstandakı "Taliban" yaraqlıları polis qadını güllələyiblər.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, Banu Negar adlı öldürülən məmurun güllələnən zaman səkkiz aylıq hamilə olduğu söylənilir. O qohumlarının və ailəsinin gözü qarşısında evində öldürülüb. Cinayət Əfqanıstanda qadınlara qarşı təzyiqlərin artması ilə bağlı xəbərlərin artması fonunda baş verib. "Taliban"dan BBC-yə bildirib ki, Negarın ölümündə heç bir əlaqələri yoxdur və hadisəni araşdırırlar.
"Hadisədən xəbərdarıq və təsdiqləyirəm ki, Taliban onu öldürməyib, araşdırmamız davam edir" deyə "Taliban" sözçüsü Zabiullah Mücahid deyib.