Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2019 19:28
Bakı. Trend:
Kəşmirin Poti Çapriyan Hiloti kəndində leysan yağışları səbəbindən torpaq sürüşməsi baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, torpaq sürüşməsi nəticəsində 3 yaşayış evi torpaq altında qalıb.
Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin