Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

General Rüstəm Muradovu o əvəz edəcək?

General Rüstəm Muradovu o əvəz edəcək?

Tarix: 7 Sentyabr 2021 15:12

General-mayor Mixail Kosobokov Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə əsas namizədlərdən biridir.

Sonxeber.net xəbər verir ki, 58-ci Birləşdirilmiş Silahlı Ordunun (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində çalışan bu şəxs bir vaxtlar Abxaziyadakı Rusiya hərbi bazasına komandanlıq edib.

May ayında Dağlıq Qarabağda sülhməramlı missiyasını başa vuran Rüstəm Muradovun Cənub Hərbi Dairəsi komandirinin müavini general-leytenant Aleksey Avdeevin yerinə keçəcəyi barədə məlumatlar ortaya çıxmışdı. Lakin Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olduğu üçün Muradov daha sonra postunda qaldı.

Kamran Seyidov


Etiketlər:  General Rüstəm Muradovu əvəz edəcək


RƏYLƏR