Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 13:14
Sevərək getdiyimiz, texnologiyanın əvəz edə bilmədiyi teatrlar pandemiya səbəbindən 1 ildən çoxdur ki, tamaşaçıların üzünə bağlanıb. Afişalar yenilənsə də , hələ də teatrların açılacağına dair heç bir məlumat yoxdur. Bu gün isə Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə müraciət edib. Teatrın kollektivi qaydalara uyğun olaraq səhnəyə çıxmağa hazır olduqlarını bildiriblər.
Bir ildən çoxdur ki, teatrlar tamaşasız və tamaşaçısızdırlar.
Gənc tamaşaçılar teatrının mətbuat katibi Pərvin Nuraliyeva bildirir ki, onlara teatrın nə vaxt açılacağına dair müraciətlər edilir. Hətta izləyicilər tərəfindən teatrın qabağında açıq havada tamaşaların göstərilməsi təklif olunur. Qoyulan tələblər əsasında aktyorlar səhnəyə, izləyicilər də zalda öz yerlərini tutmağa hazırdılar.
Pərvin Nuraliyeva hətta pandemiya dövrünə uyğun olaraq yazılmış "Mələk" və başqa bir neçə yeni tamaşanın hazır olduğunu da qeyd edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, yay ayında teatrların açılması ilə bağlı Nazirlət Kabineti yanında Operativ Qərargaha müraciət edilib. Qurumun mövcud şəraitə uyğun qərar verməsi gözlənilir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə teatrların açılması ilə bağlı onda bir məlumatın olmadığını qeyd edib.