Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 15:24
Səbail rayonunda su xətlərinə qeyri-qanuni qoşulmalar aşkarlanıb
Podvodka - İçməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması üçün "Azərsu" Səbail rayonunda reyd keçirib.
Sonxeber.net REAL TV-yə istinadən bildirir ki, sudan qanunsuz istifadə edən obyektlərdən biri Səbail rayonu, 20-ci sahədə yerləşən "Dostlar" kafesidir. rayon ərazində aparılan nəzarət-yoxlama zamanı məlum olub ki, obyektin su sərfiyyatı onun müştəri sayı, iş həcmi ilə uyğun gəlmir. yəni Kafe hər gün işləsə də, sayğacdan su fasilələrlə keçir.
Səbail rayon Sukanal İdarəsinin şöbə rəisi Azad Murquzov:
"Göründüyü kimi sayğacdan bu gün də istifadə olunmur. Sayğacdan su keçmir. Vətəndaş qeyri qanuni xətdən istifadə edir. İlk baxışdan obyektdə sudan qanunsuz istifadə olunduğu anlaşılmır. Çünki bütün əliəyri işlər qüsursuz görülüb. Kənar su xətləri yaşıllığın arası, torpağın altı ilə çəkilib, su anbarı isə elə qurulub ki, axtarmasan tapa bilmərsən. Sahibkar su anbarının içərisində sadə, amma elə bir rahat sistem qurub ki, kənar xətlərin belə daim işlək olmasına ehtiyac olmur. Artıq bundan sonra ümumiyyətlə ehtiyac olmayacaq..."
Sudan qanunsuz istifadə olunan növbəti böyük ünvan "Şıxov" ərazisindəki "Qağayı" çimərliyidir. burada da sahibkar yaxınlıqdan keçən magistral su xəttindən kənar su xətti çəkərək, sudan qanunsuz istifadə edir. Su əvvəlcə ehtiyat çənə, sonra isə çimərlikdəki bulaqlara ötürülür.
Sahibkar yolun üst hissəsindən 50-lik xəttə birləşdirərək qanunsuz olaraq25 boru ilə istifadə edir. Bununla bağlı sahibkara dəfələrlə xəbərdarlıq etsək də sahibkar yenə də müqavilə bağlamaqdan imtina edir. Heç bir rəsmi müqaviləsi olmadığı üçün axırıncı xəbərdarlıq olunur və su təchizatı tərəfimizdən dayandırılır.
Badamdar qəsəbəsi 2 ünvanındakı villalardan birinin sahibi də böyük bir iaşə obyekti qədər sudan qanunsuz istifadə edir. Bütün müraciətlərə məhəl qoymayan evin sahibi müqavilə bağlamaqdan da imtına edir. Hətta "Azərsu" ASC-nin əməkdaşalarına qarşı kobudluq edərək, onlara mane olur. Sudan qanunsuz istifadə edilən ünvanla bağlı akt tərtib olunarak, suyun verilişi dayandırılır.
Azərsu Sudan qanunsuz istifadə edən əhalini və sahibkarkarı bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. bu il sudan qanunsuz istifadə ilə bağlı 11 532 fakt aşkarlanıb. 185 fakt araşdırılıması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.