Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanə QAYIDIR - Taysonun qulağını dişlədiyi boksçu döyüş müqaviləsi imzaladı - VİDEO

Əfsanə QAYIDIR - Taysonun qulağını dişlədiyi boksçu döyüş müqaviləsi imzaladı - VİDEO

Tarix: 8 Sentyabr 2021 15:44

Məşhur boksçu Evander Holifild on illik fasilədən sonra ilk döyüşünü keçirəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sentyabrın 11-də boksçu keçmiş UFC çempionu Vitor Belfortla qarşılaşacaq.

Ağır çəkidə 58 yaşlı keçmiş çempion Evander Holifild sentyabrın 11-də Floridada 44 yaşlı keçmiş UFC çempionu Vitor Belfort ilə qarşılaşacaq.

Mübarizə iki dəqiqədən ibarət səkkiz raundda baş tutacaq.

Əvvəlcə təşkilatçılar altı çəki dərəcəsində keçmiş dünya çempionu Oskar De La Hoyanın iştirak etməli olduğu üçün bu PPV-şousunu Los-Ancelesdə keçirmək istəyirdilər. Ancaq keçən həftənin sonunda 48 yaşlı De La Hoya koronavirusa yoluxub və onui Holifild əvəzləyəcək.

Xatırladaq ki, Holifild Mayk Taysona qarşı döyüşməyi planlaşdırırdı, lakin tərəflər razılığa gələ bilmədilər. Əvvəllər boksçular iki dəfə qarşılaşıblar və ikinci döyüş qalmaqalla başa çatıb. Tyson Holifildin qulağını dişləmişdi.

Onu da qeyd edək ki, Evander Holifild 1990-1992 -ci illərdə mütləqdünya çempionu olub. O, 57 qarşılaşmada rinqə çıxıb, 44-nü udud, 10-da məğlub olub və iki döyüş heç-heçə başa çatıb. Daha bir döyüşü baş tutmamış sayılıb.

Evander sonuncu döyüşünü 2011-ci ildə keçirib və danimarkalı Brayan Nilsenə qalib gəlib.

Milli.Az


Etiketlər:  Əfsanə QAYIDIR Taysonun qulağını dişlədiyi boksçu döyüş müqaviləsi imzaladı VİDEO


RƏYLƏR