Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Twitter”də yeni funksiya istifadəyə veriləcək

“Twitter”də yeni funksiya istifadəyə veriləcək

Tarix: 9 Sentyabr 2021 09:54

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir.

Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauzer versiyasında, abunəçinin adının yanındakı menyuda mümkün olacaq.

Eyni zamanda, "Twitter" istifadəçilərə hesab sahibinin ondan abunəlikdən çıxdığını bildirməyəcək və onlar istəsələr yenidən abunə ola bilərlər.

Bundan əvvəl "Twitter" izləyicilərini yalnız bloklamağa icazə verirdi.

Milli.Az


Etiketlər:  Twitterdə yeni funksiya istifadəyə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ