Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 10:33
Rusiyanın Azərbaycana qarşı təxribata yol vermiş satınalma sahəsi üzrə vahid dövlət portalı "Zakupki.gov.ru" tender elanında yer alan "Dağlıq Qarabağ Respublikası" ifadəsini silib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyasından kənarda yerləşən ərazi kimi təqdim olunub.
Maraqlıdır ki, Rusiyanın dövlət portalı "Dağlıq Qarabağ Respublikası" ifadəsi sözünü silsə də, növbəti dəfə bu əraziləri Azərbaycan ərazisi kimi təqdim etməyib.
Bununla belə, portalda "Müqavilənin şərtləri" bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub.
Tender elanının bitmə vaxtı isə sentyabrın 16-dan 24-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycan tərəfinin kəskin etirazından sonra "Zakupki.gov.ru" portalı bir neçə gün əvvəl tender elanı ilə bağlı satınalmanı ləğv etmişdi.