Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilər rusiyalı sülhməramlılara atəş açdılar: YARALILAR VAR

Ermənilər rusiyalı sülhməramlılara atəş açdılar: YARALILAR VAR

Tarix: 9 Sentyabr 2021 16:00

Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarla erməni hərbçilər arasında silahlı insident olub.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bu məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

İddialara görə, dünən, sentyabrın 8-də rusiyalı sülhməramlılar Ağdərə rayonu istiqamətində ermənilərin quraşdırdıqlı postlardan birinin sökülməsini tələb ediblər. Bu postda Ermənistan Müdafiə Nazirliyinin Ağdərədəki 7-ci dağ-atıcı alayının sabiq komandiri, polkovnik Karen Calavyana tabe olan erməni hərbçilər vardı.

Ermənilər rusiyalı sülhməramlıların tələbini yerinə yetirməkdən boyun qaçırıblar, münaqişə yaranıb.

Sayca çox olan ermənilərin müqavimətinə rəğmən, rusiyalı sülhməramlılar postu söküblər.

İnsidentdən sonra sülhməramlılar postun ətrafındakı ərazini nəzarətə almağa çalışıblar.

Lakin ermənilər həmin ərazinin minalandığını Rusiyanın sülhməramlı kontingentinin mənsublarına bilərəkdən, qəsdən deməyiblər.

Minalanmış əraziyə yönələn sülhməramlılardan iki nəfər piyada əleyhinə minalara düşərək ağır yaralanıblar.

Yaralılar Xankəndindəki hospitala aparılıblar.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı olayı araşdırır.

Milli.Az


Etiketlər:  Ermənilər rusiyalı sülhməramlılara atəş açdılar YARALILAR VAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ