Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi

Bakıda taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi

Tarix: 9 Sentyabr 2021 16:14

Bakıda taksi sürücülərinin yer üstündə dava etməsi ölümə səbəb olub. 

Sonxeber.net Binəqədi Rayon Prokurorluğuna istinadən bildirir ki, Nizami Ağayev digər taksi sürücüsü Yaşar Ağayevlə avtomobilin saxlanma yeri üstündə mübahisə edib. 

Nəticədə onlar arasında dava baş verib. 

Dava zamanı Y. Ağayev N. Ağayevi yerə yıxıb. Hadisə nəticəsində N. Ağayev aldığı xəsarətlərdən vəfat edib. 

Y. Ağayev saxlanılıb. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar aparılır. 


Etiketlər:  Bakıda taksi sürücülərinin üstündə davası ölümlə nəticələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ