Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

15 yaşlı Aynisənin pensiya problemi - VİDEO

15 yaşlı Aynisənin pensiya problemi - VİDEO

Tarix: 10 Sentyabr 2021 15:10

Onun xəstəliyi ilə bağlı məlumatlar sistemə tam daxil edilməyib

Milli.Az Real TV-yə istinadən bildirir ki, Quba şəhər sakini 2006-cı il təvəllüdlü Aynisə Talıbova ağır dərəcəli anadangəlmə əqli gerilik və uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Elə buna görə 2011-ci ildə ona təqaüd təyin edilib. Xəstəlik səbəbindən yerimə və sərbəst hərəkət etmək qabiliyyətini tamamilə itirən 15 yaşlı Aynisənin təqaüdü ötən ilin okytabr ayında növbəti müaliyə zamanı dayandırılıb. Səbəb kimi tibb müəssisəsi tərəfindən onun xəstəliyi ilə bağlı məlumatların natamam şəkildə doldurulması göstərilib. Bundan sonra azyaşlının valideynləri növbəti dəfə onu tibbi komissiyadan keçirib. Lakin iki ay sonra ona yenidən imtina cavabı gəlib. İmtina səbəbi isə birincidən fərqlənməyib.

Məmməd Talıbov deyir ki, ağır dərəcəli anadangəlmə əqli gerilik və uşaq serebral iflici xəstəliyinin tam sağalması qeyri mümkündür. Bu səbəbdən də Aynisəyə ayrılan təqaüdün hansı səbəbdən dayandırılması onlar üçün də maraqlıdır. İndi ailənin yeganə istəyi dövlət tərəfindən 15 yaşlı Aynisəyə təyin edilən 200 manat təqaüdün bərpa edilməsidir.

Aynisə Talıbovanın pensiya problemi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirdi ki, hər iki müraciət zamanı azyaşlının xəstəliyi ilə bağlı məlumatlar tibb müəssisəsi tərəfindən natamam şəkildə sistemə daxil edilib. Bununla belə o, yaxın günlərdə əyani müayinəyə cəlb ediləcək.

İnanırıq ki, tezliklə 15 yaşlı Aynisə Talıbova əyani şəkildə müayinə olunacaq və o haqqı olan pensiyasını təkrarən ala biləcək.

Milli.Az


Etiketlər:  15 yaşlı Aynisənin pensiya problemi VİDEO


RƏYLƏR