Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qardaşını itirən Alişan Bakıda konsert verir

Qardaşını itirən Alişan Bakıda konsert verir

Tarix: 10 Sentyabr 2021 20:20

Türkiyənin tanınmış müğənnisi Alişan Azərbaycana gəlib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçının paytaxtımıza gəlişinin səbəbi sabah restoranların birində verəcəyi konsertdir. Türkiyəli müğənni ilə eyni səhnəni Əməkdar artist Ədalət Şükürov və rəqqasə Renka ( Rəna Ağamuradova ) da bölüşəcək. 

Qeyd edək ki, Alişanın bir müddət öncə qardaşı dünyasını dəyişib. İfaçı qardaşının vəfatından sonra Azərbaycanda ilk dəfə səhnəyə çıxacaq.  

Milli.Az


Etiketlər:  Qardaşını itirən Alişan Bakıda konsert verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ