Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 20:25
Türkiyəli cazibədar aktrisa Fahriyye Evcen son paylaşımı ilə diqqət çəkib.
Onun "Instagram" hesabından paylaşdığı uşaqlıq fotosunda oğlu Karana hədsiz bənzərlik olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bundan əvvəl Karanı atası Burak Özçivite bənzədən izləyicilər artıq uşağın anasına bənzədiyini deyirlər.
Qeyd edək ki, uzun müddət çəkilişlərdən uzaq qalan 35 yaşlı aktrisa "TRT 1" kanalında yayımlanacaq "Alparslan büyük selçuklu" serialı ilə ekranlara qayıdacaq.