Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 21:04
Türkiyə Qırğızıstana humanitar yardım kimi 150 min doza "Sinovac" vaksini göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Manas" beynəlxalq hava limanında humanitar yardımı Qırğızıstanın səhiyyə və sosial inkişaf naziri Alımkadır Beyşenaliyev, Türkiyənin bu ölkədəki səfiri Əhməd Sadık Doğan və digər şəxslər qəbul edib.
A.Beyşenaliyev humanitar yardıma görə Türkiyə hökumətinə minnətdarlığını bildirib, bu partiyanın 18 yaşından yuxarı vətəndaşların vaksinasiyasında istifadə olunacağını söyləyib. Nazir deyib ki, 6.5 milyon ölkə əhalisinin indiyədək 700 mini peyvənd olunub və vaksinasiya prosesi davam edir.