Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb - VİDEO

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb - VİDEO

Tarix: 11 Sentyabr 2021 15:27

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.

Milli.Az


Etiketlər:  Laçın rayonunda keçirilən Azərbaycan Türkiyə birgə təlimi başa çatıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ