Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2021 18:08
Hindistanın Karnataka ştatında tualetə gedən yeniyetməni pələng öldürüb.
Sonxeber.net lent.az-a istinadla bildirir ki, səhər saatlarında Liiankere qəbilə kəndinin Qaneş adlı 13 yaşlı sakini evdən 100 metr aralıdakı tualetə gedib.
Oğlan müəyyən müddət ərzində qayıtmadıqda, ailə axtarışa çıxıb və cəsədini meşədə tapıblar.
Yerli sakinlər yaxınlarda həmin ərazidə pələngə rast gəliblər. Onlar yeniyetməyə məhz pələngin hücum edərək parçaladığını iddia edirlər.
Ölənin valideynləri, 5 bacısı və 4 qardaşı qalıb.