Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 15:25
Xalq artisti Röya 11 sentyabr konsert günü gözlənilməz hadisə ilə üzləşib.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, konsert günü Röyanın oğlu Hüseynin səhhətində problem yaranıb. O, konsert zamanı bu barədə açıqlama verərək bildirib ki, o konsertini təxirə salmasa da atası övladının yanında olub:
"İki gündür ağrıyırdı. Dedim yəqin soyuq olub, evdə kondisioner yanırdı. Amma həkimə apardıq. Müayinələrdən sonra məlum oldu ki, uşaqda kor bağırsaq problemidir. Atası yanındadı. Yanında çox güvəndiyim insanlar var. Ömür boyu onun yadından çıxmayacaq bu gün.Oğluma uğurlar arzu edirəm. Mən stress keçirən ana deyiləm".