Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 14:38
Çexiyada sahibi tərəfindən meşədə gəzintiyə çıxarılan it 14-cü əsrdən bəri itirilmiş xəzinəni aşkar edib.
Sonxeber.net xarici mediaya istinadən xəbər verir ki, yerin 10 santimetr dərinliyində qazılan torpaq qazandakı 374 sikkənin Praqa "groschen" gümüşündən hazırlandığı müəyyən edilib. Arxeoloqların ətraflı araşdırmasından sonra sikkələrin bir krala aid olduğu və ya dövrün əhəmiyyətli bir şəxsinin olduğu aydın olub.
Çexiya muzeyinin direktoru Tomas Vitasek "muzeyimizə gətirilən xəzinə bölgədəki ən əhəmiyyətli tarixi əsərlərdən biridir. 14-cü əsrə aid olduğunu təxmin edirik. Bu xəzinəni tapıb bizə gətirən şəxsə təşəkkür edirik. Araşdırmalarımızdan sonra ziyarətçilərə təqdim edə biləcəyik" - deyib.
Kamran Seyidov