Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı enerji rəqabətində irəli çıxdı

Bakı enerji rəqabətində irəli çıxdı

Tarix: 14 Sentyabr 2021 23:40

Hollandiyanın "Vitol Group" beynəlxalq energetika və ticarət şirkəti SOCAR ilə anlaşma imzalayıb.

Sonxeber.net bildirir ki, anlaşmanın şərtlərinə görə, bu ilin oktyabrından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə Türkmənistanın 1 milyon ton nefti nəql ediləcək.

Beləliklə, Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanı vasitəsilə Türkmənistan neftinin nəqli ildə təxminən 50 faiz azalacaq.

Hazırda Türkmənistanın Rusiya ərazisi ilə xam neft tranziti ayda 160 min tondur. Neft tankerlərlə Xəzər dənizində Mahaçqalaya qədər daşınır, oradan boru kəməri ilə Novorossiyskə nəql olunur.

Yeni anlaşma işə düşəndən sonra bu nəqlin həcmi ayda 80 min tona düşəcək.

Beləliklə, türkmən nefti uğrunda Azərbaycanla Rusiya arasındakı rəqabət yeni mərhələyə qədəm qoyur.


Etiketlər:  Bakı enerji rəqabətində irəli çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ