Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 21:26
London şəhərinin simvollarından biri olan Tauer körpüsü (Tower Bridge) güclü yağış səbəbindən su altında qalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bir neçə gündür ölkədə yağan güclü yağışlar səbəbindən daşqınlar baş verib. Londonun əsas simvollarından olan körpünü də su basıb.
Daşqın nəticəsində körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Hidrometeorologiya Departamenti güclü yağış yağacağı haqqında məlumat verib. Mayl End metro stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Temza çayının üzərində yerləşən körpü Bask üslubunda inşa olunub və bu üslubda inşa olunan körpülər arasında ən məşhurudur.