Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 22:06
"Rusiyada Hindistanda aşkar olunmuş Nipah virusunun təyin edilməsi üçün test sistemləri yaradılıb".
Sonxeber.net xəbər verir ki, bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova deyib.
"Həmkarlarım çox tez bir zamanda test sistemləri yaratdılar. Bu gün sözügedən virusun aşkar olunması və yaxud bu cür simptomlara malik xəstənin təyin edilməsi halında biz Nipah virusunu ayırd edə bilərik", - deyə Popova qeyd edib.
Qeyd edək ki, Nipah virusu qripə bənzəyir, qızdırma, baş ağrısı, boğaz ağrısı və əzələlərdə ağrı kimi əlamətlərlə özünü göstərir. /medicina.az