Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 02:52
Bakı. Trend:
Niqeryanın cənubundakı Rivers ştatında qazma qurğusunda çalışan üç nəfər işçi silahli bir qrup şəxs tərəfindən oğurlanıb.
Trend-in məlumatına görə, oğurlanan adamların ikisi əcnəbidirlər. Həmin şəxslər Kanada və Şotlandiya vətəndaşıdırlar.
Hal-hazırda axtarış əmilyyatı həyata keçirilir.
Qeyd edək ki, Rivars ştatında bele oğurluq artıq ikinci dəfə baş verir. Bir neçə gün öncə həmin ştatda Royal Dutch Shell neft-qaz şirkətinin iki əməkdaşları oğurlanıb, onları müşahidə edən polislər öldürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin