Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkildəki 30 yaşlı qadını görənlərdən zəng etmələri xahiş olunur - FOTO

Şəkildəki 30 yaşlı qadını görənlərdən zəng etmələri xahiş olunur - FOTO

Tarix: 16 Sentyabr 2021 11:14

İmişli sakini itkin düşüb.

Sonxeber.net bildirir ki, rayonun Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 sm., orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Etiketlər:  Şəkildəki yaşlı qadını görənlərdən zəng etmələri xahiş olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ