Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 20:18
"Kasıb Nastya" serialının və "Gənc xanım-kəndli" filminin ulduzu Yelena Korikova sahibkar əri ilə birlikdə Rusiyanı tərk edib.
Sonxeber.net xəbər verir ki, bu haqda informasiyanı "kp.ru" saytı yayıb.
Mənbə yazır ki, indi cütlük Monteneqroda yaşayır. Sənətçinin dostu Korikovanın münasibətlərini reklam etmək istəmədiyini söyləyib.
Onun fikrincə, Yelenanın əri varlıdır. Bir zamanlar məmur olub, indi isə xaricə köçüb və Yelenaya qayğısız bir həyat təmin edib.
Moskvanın qeyd dəftərxanalarında Korikovanın evliliyi ilə bağlı heç bir məlumat yoxdur: cütlük xaricdə qeydiyyatdan keçə və ya vətəndaş nikahında yaşaya bilər.
Yelena Korikova son üç ildə filmlərdə rol almayıb. Dostları deyirlər ki, o, ictimaiyyət qarşısına çıxmaq istəmir və özü üçün yaşayır.
Bundan əvvəl Korikovanın ərləri yazıçı Dmitri Lipskerov və operator Maksim Osadçiy olub.