Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 14:46
Ermənistanda KQB-nin əməkdaşları (Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti nəzərə tutulur - red.) məktəbliləri və tələbələri fərqli baxışlarına görə hədələməyə başlayıb. Uşaqlar qorxu içindədir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "İcmal" verilişinin efirində İrəvan Dövlət Universitetinin sabiq katibi, erməni ədəbiyyatşünas Gevorq Emin-Teryan bildirib.
Onun sözlərinə görə, hətta Şimali Koreya rejimində belə şey yoxdur.
"Bəli, Şimali Koreyada əyalət məmurlarını raket ilə vururlar, amma heç vaxt eşitməmişəm ki, hətta orada məktəbliləri, tələbələri onların baxışlarına görə hədələsinlər. Belə şey Ermənistandan başqa heç yerdə ola bilməzdi. Bu, onu göstərir ki, yaxın gələcəkdə belə bir ölkə olmayacaqdır. Biz özümüz gələcəyimizi məhv edirik", - deyə o qeyd edib.